Kuşner qarşıdakı həftələrdə Ukrayna ilə bağlı yeni addımların atılacağına ümid edir

Dünya xəbərləri Xəbər 13 Sentyabr 2026 07:28 (UTC +04:00)
Kuşner qarşıdakı həftələrdə Ukrayna ilə bağlı yeni addımların atılacağına ümid edir

Bakı. Trend:

ABŞ Prezidentini xüsusi nümayəndəsi Cared Kuşner Ukraynadakı münaqişənin həlli üçün növbəti addımların yaxın həftələrdə açıqlanacağını gözləyir.

O bu barədə Kiyevdə keçirilən Yalta Avropa Strategiyası konfransında video bağlantı vasitəsilə danışarkən bildirib.

“Ümid edirəm ki, yaxın bir neçə həftə ərzində növbəti addımların nə olduğunu elan edə biləcəyik. Və ümid edirəm ki, bu, bizi irəli aparacaq", - deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Vitkov sentyabrın 5-də Moskvaya səfər edərək, Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Növbəti gün onlar Kiyevdə Vladimir Zelenski ilə müzakirə aparıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti