Əbu-Dabinin vəliəhdi Putinlə ikitərəfli əməkdaşlığı müzakirə edib

Dünya xəbərləri Xəbər 13 Sentyabr 2026 03:57 (UTC +04:00)

Bakı. Trend:

Əbu-Dabinin vəliəhdi şeyx Xalid bin Məhəmməd Əl-Nəhyan Hindistanda keçirilən BRİKS sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli münasibətləri və beynəlxalq vəziyyəti müzakirə edib.

Bu barədə BƏƏ-nin "WAM" dövlət agentliyi məlumat yayıb.

“Görüş zamanı ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin yolları müzakirə olunub”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, agentliyin məlumatına görə, “həmsöhbətlər bir sıra regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar. Onlar BRİKS sammitində müzakirə olunan məsələlər üzrə koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar. Belə koordinasiya səsləndirilən tövsiyələri qarşılıqlı faydalı praktiki təşəbbüslərə çevirməyə imkan verəcək”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti