Orban Macarıstan müxalifətinin Magyar hökumətinə qarşı müqavimətinin başladığını elan edib

Dünya xəbərləri Xəbər 13 Sentyabr 2026 05:08 (UTC +04:00)
Orban Macarıstan müxalifətinin Magyar hökumətinə qarşı müqavimətinin başladığını elan edib

Bakı. Trend:

Peter Magyarın rəhbərlik etdiyi hökumətin fəaliyyətinə sakit münasibət dövrü başa çatıb və müxalifət fəal müqavimətə başlayır.

Bu barədə Macarıstanın keçmiş baş naziri Viktor Orban öz "Facebook" səhifəsində yazıb.

Bununla yanaşı, o, yeni Macarıstan hakimiyyətini “neokommunistlər” adlandıraraq, onların ölkədə siyasi diktatura qurduğunu iddia edib.

“‘Neokommunistlərə’ qarşı yumşaq münasibət dövrü başa çatıb. Çağırışı qəbul edir və mübarizəyə qoşuluruq!” – deyə V. Orban bildirib.

Keçmiş baş nazir bu qısa paylaşımını şənbə günü Balaton gölünün cənub sahili yaxınlığında, Şomoqyi vilayətinin Kölçe kurort qəsəbəsində rəhbərlik etdiyi “FİDES – Macarıstan Vətəndaş Birliyi” partiyasının tədbirində etdiyi çıxışının video görüntüləri ilə müşayiət edib. Burada hər il Macarıstanın sağ-mühafizəkar siyasi və intellektual elitasının qapalı toplantısı olan “Vətəndaş pikniki” keçirilir.

Orban tərəfdarları qarşısındakı çıxışında bildirib ki, FİDES-in missiyası ölkənin suverenliyini qorumaq, Magyarın rəhbərlik etdiyi “Tisza” partiyasının missiyası isə Macarıstanı koloniyaya çevirməkdir. Onun sözlərinə görə, “kolonial sahib” rolunda Brüssel çıxış edir.

Xəbər lenti

Xəbər lenti