Bakı. Trend:
Nyu-Yorkun mərkəzində uşaq meydançasında baş verən atışma nəticəsində iki nəfər ölüb.
Bu barədə “New York Post” qəzeti yerli polisə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, insident sentyabrın 11-də axşam saatlarında Bruklin rayonunda baş verib.
Hadisə yerinə gələn polis əməkdaşları odlu silahdan açılan atəş nəticəsində yaralanmış 33 və 35 yaşlı iki kişi aşkar ediblər. Hər iki şəxs sonradan xəstəxanaya yerləşdirilib, lakin daha sonra xəstəxanada ölüblər, idarədən bildirilib.
Qəzet qeyd edir ki, hazırda polis tərəfindən heç kim saxlanılmayıb, insidentlə bağlı araşdırma davam edir.