İspaniya La Liqası: “Real” “Rayo Valyekano”nu böyük hesabla məğlub edib

İdman Xəbər 13 Sentyabr 2026 01:42 (UTC +04:00)
İspaniya La Liqası: “Real” “Rayo Valyekano”nu böyük hesabla məğlub edib

Bakı. Trend:

“Real” futbol klubu İspaniya La Liqasının beşinci turu çərçivəsində doğma meydanda “Rayo Valyekano” üzərində 4:1 hesabı ilə böyük hesablı qələbə qazanıb.

Qaliblərin heyətində Kilian Mbappe (14-cü, 90-cı dəqiqələr), Alvaro Karreras (17) və Cud Bellinqem (35) fərqləniblər. Məğlub komandada isə Serxio Kamelio (51) qol vurub. İlk qolu penaltidən vuran Mbappe və Kamelio turnirin bombardirlər siyahısında hərəyə altı qolla ilk pilləni bölüşürlər.

Bellinqem üçün bu qol “Real”ın heyətində 49-cu olub. İngiltərəli yarımmüdafiəçi bu göstəricidə 1998-ci ilin “Qızıl top” sahibi Zinəddin Zidan və Davor Şukerlə bərabərləşib. Bellinqem buna 146 matçda nail olub, Fransanın sabiq yarımmüdafiəçisi üçün 227, Xorvatiya millisinin keçmiş hücumçusu üçün isə 109 oyun tələb olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti