Rusiyada ali təhsil alan azərbaycanlıların sayı artıb

Dünya xəbərləri Xəbər 12 Sentyabr 2026 10:55 (UTC +04:00)
Rusiyada ali təhsil alan azərbaycanlıların sayı artıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin ilk altı ayında 9,4 mindən çox Azərbaycan vətəndaşı təhsil məqsədilə Rusiyaya yollanıb.

Bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə artım deməkdir.

Altı ay ərzində 9 434 Azərbaycan vətəndaşı təhsil almaq üçün Rusiyaya daxil olub. Ümumilikdə, yanvar-iyun aylarında Rusiya 202 640 əcnəbi tələbə qəbul edib. Təhsil məqsədilə Rusiyaya gedənlərin sayına görə ilk beşlikdə Qazaxıstan vətəndaşları (47 156 nəfər), Çin (42 526), Özbəkistan (26 478), Tacikistan (22 052) və Qırğızıstan (12 775) vətəndaşları qərarlaşıb.

Statistikaya görə, bəzi digər ölkələrdən tələbə axını da əhəmiyyətli dərəcədə artıb. Belə ki, Banqladeş vətəndaşlarının təhsil almaq üçün Rusiyaya gəlişi yarıdan çox artaraq 1 076 nəfərə, Nigeriya vətəndaşlarının sayı isə demək olar ki, iki dəfə artaraq 568 nəfərə çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti