Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq

İqtisadiyyat Xəbər 11 Sentyabr 2026 17:47 (UTC +04:00)
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini əks etdirən xəritə hazırlanıb istifadəyə veriləcək.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"da öz əksini tapıb.

Sənədə əsasən, sözügedən illər ərzində Azərbaycan Respublikası üzrə, o cümlədən regionlar üzrə rəqabətin inkişaf səviyyəsinin qiymətləndirilməsinə imkan verən göstəricilər sistemi hazırlanacaq. Göstəricilər sisteminin metodoloji çərçivəsinin, əhatə dairəsinin və məlumat mənbələri müəyyən ediləcək, müvafiq məlumatların toplanılması və təhlili, göstəricilərin hesablanması və sınaq qiymətləndirilməsi aparılacaq, ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini əks etdirən xəritə hazırlanıb istifadəyə veriləcək.

Prosesin əsas icraçı qurumu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir.

Digər içraçı qurumlar isə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi və aidiyyəti dövlət orqanlarıdır (qurumları).

Məqalədə:

Xəbər lenti

Xəbər lenti