Səudiyyə Ərəbistanı “Şərq-Qərb” neft kəmərinə İraqdan buraxılan dronlarla hücum edildiyini açıqlayıb

Dünya xəbərləri Xəbər 12 Sentyabr 2026 02:27 (UTC +04:00)
explosion
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Mədinə və Ər-Riyad şəhərləri yaxınlığında yerləşən “Şərq-Qərb” neft kəmərinə hücumları qətiyyətlə pisləyib. Bu barədə krallığın Xarici İşlər Nazirliyinin Səudiyyə Mətbuat Agentliyinə (SPA) təqdim etdiyi bəyanatda bildirilib.

“Şərq-Qərb” neft kəmərinə İraqdan buraxılan bir neçə pilotsuz uçuş aparatı ilə hücum edilib və nəticədə insan tələfatı olub”, - bəyanatda deyilir.

Qeyd olunub ki, Səudiyyə rəhbərliyi İraqın Baş naziri Əli əz-Zeyidinin xahişi ilə bu silahlı hücuma cavab verməmək qərarına gəlib. Bildirilib ki, bu qərar onun ölkədə sabitliyin təmin olunmasına yönəlmiş səylərini dəstəkləmək məqsədi daşıyır.

“Bununla belə, krallıq öz suverenliyini, milli təhlükəsizliyini və iqtisadi obyektlərini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır”, - bəyanatda vurğulanıb.

Bundan əvvəl Səudiyyə Ərəbistanının Energetika Nazirliyi dron hücumlarından sonra Mədinə və Ər-Riyad yaxınlığındakı hissələrdə “Şərq-Qərb” neft kəmərinin təhlükəsizlik məqsədilə əvvəlcədən dayandırıldığını açıqlayıb.

Ehtimal olunur ki, dronlar İran tərəfindən dəstəklənən İraq şiə qruplaşmaları tərəfindən buraxılıb.

Xəbər lenti

Xəbər lenti