Bolqarıstanda hərbi zavodun anbarları partlayıb

Dünya xəbərləri Xəbər 12 Sentyabr 2026 10:21 (UTC +04:00)
Bolqarıstanda hərbi zavodun anbarları partlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Bolqarıstanın Trayan şəhəri yaxınlığında, Tsareva-Liva kəndi ərazisində yerləşən “Emko” hərbi zavodunun anbarlarında yanğın və partlayışlar baş verib.

Bu barədə "Nova" telekanalı yerli administrasiyanın nümayəndələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, xoşbəxtlikdən partlayış nəticəsində yaxınlıqda heç kim olmayıb, zərərçəkən yoxdur.

Məlumata görə, hadisə ötən gecə baş verib, anbarların mühafizəçiləri operativ şəkildə təxliyə olunub. Ərazi mühasirəyə alınıb və fövqəladə hallar zamanı milli xəbərdarlıq sistemi işə salınıb. Yerli əhali üçün təhlükə yoxdur.

Qeyd edək ki, bu, son bir ay ərzində müəssisənin anbarlarında baş verən ikinci yanğındır. Avqustun 10-da Belitsa kəndi ərazisində yerləşən sursat anbarında da analoji hadisə baş verib. Həmin hadisə zamanı da zərərçəkən olmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti