Bakı. Trend:
Koreya Respublikası 2027-ci il üzrə bakalavriat təhsil səviyyəsi
üçün “Qlobal Koreya” Təqaüd Proqramını elan edir.
Proqrama 25 yaşadək Azərbaycan vətəndaşları müraciət edə
bilərlər.
Müraciətlərin qəbulu 15 sentyabr 2026-cı il saat 06:00-dan 30
sentyabr 2026-cı il saat 13:00-dək Azərbaycan vaxtı ilə yalnız
www.studyinkorea.go.kr
saytı vasitəsilə həyata keçiriləcəkdir.
Təqaüd proqramı universitet üzrə təhsil haqqını, Koreya dili
hazırlıq proqramını, proqram qaydalarına uyğun ekonom sinif
aviabileti xərclərini və yaşayış, yerləşmə, tibbi sığorta və digər
nəzərdə tutulan xərcləri əhatə edən aylıq təqaüdü təmin edir.
Təqaüd proqramı, seçim meyarları və tələb olunan sənədlər barədə
bağlı ətraflı məlumat aşağıdakı keçidlər vasitəsilə əldə edə
bilərsiniz:
https://overseas.mofa.go.kr/az-en/brd/m_8242/list.do
https://www.studyinkorea.go.kr/ko/notice/scholarshipsRead.do