Azərbaycan və Аvrasiya Patent İdarəsi arasında ekspert əməkdaşlığı yeni səviyyəyə yüksəlir

Cəmiyyət Xəbər 10 Sentyabr 2026 11:05 (UTC +04:00)
Azərbaycan və Аvrasiya Patent İdarəsi arasında ekspert əməkdaşlığı yeni səviyyəyə yüksəlir
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və Avrasiya Patent Təşkilatı arasında patent axtarışı və ixtiralar üzrə patentlərin verilməsi üçün iddia sənədlərinin ekspertizası sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, memorandumu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və Аvrasiya Patent İdarəsinin (APİ) prezidenti Qriqori İvliyev imzalayıblar.

Sənəddə agentliyin sorğusu əsasında APİ tərəfindən patent axtarışlarının aparılması imkanları nəzərdə tutulur. Memorandum Avrasiya regionunda vahid ekspert məkanının inkişafı və patent ekspertizasının keyfiyyətinin artırılması sahəsində əməkdaşlığı daha da yüksəldəcəkdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti