Azərbaycan iqlim gündəliyində dairəvi iqtisadiyyata aydın yer verib - UNFCCC

Yaşıl iqtisadiyyat Xəbər 10 Sentyabr 2026 12:26 (UTC +04:00)
Azərbaycan iqlim gündəliyində dairəvi iqtisadiyyata aydın yer verib - UNFCCC
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan iqlim gündəliyində dairəvi iqtisadiyyata aydın yer verib.

Trend-in müxbiri xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) proqramların əlaqələndirilməsi üzrə baş direktoru Daniyele Violetti Bakıda keçirilən İqlim Fəaliyyətləri Həftəsi çərçivəsində deyib.

Onun sözlərinə görə, Paris Sazişinin ikinci Qlobal İcmalı (Global Stocktake) ölkələrin mövcud vəziyyəti qiymətləndirəcəyi və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün zəruri tədbirləri müəyyənləşdirəcəyi mərhələ olacaq.

“Biz keçid dövründəyik və hazırda ilk Qlobal İcmalın nəticələri praktikada həyata keçirilməli, milli planlara, investisiya qərarlarına və müzakirələrə çevrilməlidir. Praktiki fəaliyyətə keçid yalnız danışıqlar yolu ilə həyata keçirilmir. Çoxtərəfli proses, Konvensiya və Paris Sazişi bütün tərəflərin birgə fəaliyyəti üçün əsasdır. Lakin həyata keçirmə və real fəaliyyət digər sahələrdə – real iqtisadiyyatda, tərəfdaşlıqlar, texnologiyalar və maliyyələşmə vasitəsilə baş verir”, – deyə Violetti bildirib.

O, qlobal iqlim fəaliyyətləri gündəliyinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu gündəlik hökumətləri şəhərlər, biznes, maliyyə sektoru və vətəndaş cəmiyyəti ilə əlaqələndirən, danışıqlar prosesinin nəticələrinin praktiki fəaliyyətə çevrilməsinə kömək edən və on ildən artıqdır fəaliyyət göstərən Qlobal İqlim Fəaliyyətləri üzrə Mərakeş Tərəfdaşlığının işinə əsaslanır.

Azərbaycanın COP29 sədrliyindən danışan Violetti Resurs Səmərəliliyi və Dairəvi İqtisadiyyat üzrə Bakı Gündəliyinin (Baku Resource Efficiency and Circularity Agenda) işə salınmasını qeyd edib.“Azərbaycan bu gündəliyə çərçivəsində çox mühüm addım ataraq Resurs Səmərəliliyi və Dairəvi İqtisadiyyat üzrə Bakı Gündəliyini işə salıb və dövri iqtisadiyyata iqlim gündəliyində aydın yer verib”, – deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti