Bakı.Trend:
Miqrasiya sahəsinin tənzimlənməsi üzrə islahatlardan sonra qanunsuz miqrantların Rusiyadan deportasiyası 2,6 dəfə və ya 85 faiz artıb.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya DİN rəhbərinin birinci müavini Andrey Kikotla görüşü zamanı bildirib.
“Ölkədən çıxarılma hallarının sayı 2,6 dəfə çoxdur”, – deyə Putin qeyd edib.
Putin, həmçinin əcnəbi işçilərin məqsədli şəkildə cəlb edilməsinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, miqrantların vətəndaşları olduqları dövlətlərlə birgə Rusiyaya gəlməyi planlaşdıran şəxslərin ölkədə işləməyə və yaşamağa öncədən hazırlanması zəruridir.
Prezidentin fikrincə, bu, o cümlədən Rusiyaya gələn şəxslərin hüquqlarının təmin olunmasına imkan verəcək.
