Regional əməkdaşlıq “təmiz” enerji sistemlərinin yaradılmasına töhfə verə bilər - Aysel Yaqubova

Yaşıl iqtisadiyyat Xəbər 10 Sentyabr 2026 18:50 (UTC +04:00)
Regional əməkdaşlıq “təmiz” enerji sistemlərinin yaradılmasına töhfə verə bilər - Aysel Yaqubova
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Regional əməkdaşlıq qarşılıqlı əlaqəli və dayanıqlı “təmiz” enerji sistemlərinin yaradılmasına töhfə verə bilər.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin icraçı direktoru Aysel Yaqubova Bakı İqlim Fəaliyyətləri Həftəsi çərçivəsində deyib.

“Mənim fikrimcə, regional əməkdaşlığın milli enerji sistemlərinə ən böyük təsiri bir-biri ilə əlaqəli və dayanıqlı təmiz enerji sistemlərinin yaradılmasından ibarət ola bilər. Mərkəzi Asiya ölkələrinin müxtəlif enerji sistemləri var və bununla yanaşı, onlar arasında regional əməkdaşlıq inkişaf edir. Biz bilirik ki, Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlıq həqiqətən də genişlənir. Bu əməkdaşlıq artıq yalnız Mərkəzi Asiyanın ayrı-ayrı ölkələri arasında deyil, Mərkəzi Asiya ilə Azərbaycan arasında da əlaqə və sıx əməkdaşlıq şəklində inkişaf edir”, - deyə o qeyd edib.

A.Yaqubova vurğulayıb ki, bu əməkdaşlıq yalnız ambisiyaları deyil, real layihələri də əhatə edir.

“Real layihələr var – Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji dəhlizi. Bu dəhliz yaşıl enerjinin Avropaya çatdırılmasına imkan verəcək”, - deyə o bildirib.

Onun sözlərinə görə, regional əməkdaşlığın inkişafı üçün bir-biri ilə əlaqələndirilmiş enerji sistemlərinə ehtiyac var.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti