BƏƏ Almaniyaya 40 milyard avro investisiya yatıracaq

Dünya xəbərləri Xəbər 11 Sentyabr 2026 01:25 (UTC +04:00)
BƏƏ Almaniyaya 40 milyard avro investisiya yatıracaq

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Almaniya iqtisadiyyatının müxtəlif sahələrinə 40 milyard avro investisiya yatırmaq niyyətindədir.

İnvestisiyaların sənaye, qabaqcıl texnologiyalar, süni intellekt, rəqəmsal infrastruktur, enerji və iki ölkə üçün strateji əhəmiyyət daşıyan digər sahələrə yönəldilməsi nəzərdə tutulur.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd Bin Zayed Al Nəhyanın Almaniyaya dövlət səfəri çərçivəsində məlumat verilib.

İnvestisiya paketinin 10 milyard avroluq hissəsi Almaniyanın Bavariya federal torpağına yönəldiləcək.

Bildirilib ki, investisiya BƏƏ ilə Almaniya arasında iqtisadi tərəfdaşlığın yeni mərhələyə keçməsinə imkan verəcək. Bununla yanaşı, Vəsaitlərin qarşıdakı onilliklərdə iqtisadi artım və rəqabət qabiliyyətini müəyyənləşdirəcək sahələrə yönəldilməsi, Almaniyanın sənaye, texnologiya və tədqiqat imkanlarından, eləcə də BƏƏ-nin investisiya təcrübəsi və iri layihələri maliyyələşdirmək imkanlarından istifadə edilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti