Bakı. Trend:
Filippin sahillərində sərnişin bərəsində yanğın baş verib.
Bu barədə "The Manila Times" qəzeti sahil mühafizəsinə istinadla məlumat yayıb. "Filippin əyalətinin Palavan əyalətində məşhur turizm məkanı yaxınlığında bərədə baş verən yanğın nəticəsində beş nəfər ölüb, 87 nəfər itkin düşüb", - deyə nəşr bildirib.
M/V "June Aster" gəmisi sahildən 2,2 km aralıda alovlanıb. Gəmidə 134 nəfər olub, onlardan 40-dan çoxu təxliyə edilib.
Axtarış-xilasetmə əməliyyatı davam edir.