Bakı.Trend:
“Rusiya Qara dənizdə yük gəmilərini məhv edir və bundan sonra da məhv edəcək, belə ki, bu gəmilər Ukrayna ordusu üçün silah-sursat daşınmasında istifadə olunur”.
“Komsomolskaya Pravda” (KP) nəşrinin məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Peskovun sözlərinə görə, Ukraynanın mülki infrastruktura hücumlarından sonra artıq “pandora qutusu” açılıb.
“Əvvəla, bunu Rusiya başlamayıb. Bilirsiniz, mən sizə Prezident Putinin bəyanatını xatırlatmaq istəyirəm. O demişdi ki, biz zərbələr endirməmişik. Yalnız ukraynalılar bizim dinc infrastruktur obyektlərimizə, iqtisadi obyektlərimizə zərbələr endirməyə başladıqdan sonra onlar “pandoranın qutusunu” açdılar. Prezident Putinin sözləri belə idi. Artıq pandoranın qutusu açıqdır. Çox sayda ticarət gəmisindən silah-sursat, yanacaq və Ukrayna Silahlı Qüvvələrinin məqsədləri üçün nəzərdə tutulan digər yüklərin daşınmasında istifadə olunur. Bu gəmilər məhv edilir və bundan sonra da məhv ediləcək”, – deyə Peskov bildirib.
Bu zərbələrin Türkiyə Rusiya münasibətlərinə mənfi təsir edib etməyəcəyi ilə bağlı jurnalistin sualına cavab olaraq Peskov “Xeyr, göstərə bilməz”, - deyə bildirib.
