Tramp İranla müharibənin başa çatacağı vaxtı açıqlayıb

Dünya xəbərləri Xəbər 10 Sentyabr 2026 00:25 (UTC +04:00)
Tramp İranla müharibənin başa çatacağı vaxtı açıqlayıb

Bakı. Trend:

İranla müharibə noyabr ayında keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərindən dərhal sonra başa çatacaq, çünki Tehran "daha davam gətirə bilməyəcək".

Bu barədə ABŞ prezidenti Donald Tramp "Endryus" hərbi bazasında jurnalistlərə deyib.

"Düşünürəm ki, müharibə seçkilərdən dərhal sonra başa çatacaq, çünki onlar artıq davam gətirə bilmirlər", - deyə Tramp bildirib. O, İranın ABŞ-dakı seçkilərə təsir göstərməyə cəhd edə biləcəyi versiyasını irəli sürüb. "Onlar seçkilərə təsir göstərmək üçün ümidsiz şəkildə cəhd edəcəklər ki, bizdə onları rahat buraxacaq və nüvə silahı əldə etmələrinə imkan verəcək bir qrup zəif insan meydana gəlsin", - deyə ABŞ prezidenti əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti