ABŞ Karib dənizində narkotik qaçaqmalçılığında iştirak etdiyi gəmini vurub

Dünya xəbərləri Xəbər 10 Sentyabr 2026 05:08 (UTC +04:00)

Bakı. Trend:

ABŞ hərbçiləri sentyabrın 9-da Karib dənizində narkotik tacirləri tərəfindən istifadə edildiyi iddia olunan gəmiyə növbəti zərbə endirib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində yazıb.

Bildirilib ki, “sürətli qayıq Karib dənizində narkotik qaçaqmalçılığının məlum marşrutları ərazisində fəaliyyət göstərib” və hücum nəticəsində üç nəfər ölüb.

“Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin narkotik ticarətində fəal iştirak etdiyini göstərib”, - deyə komandanlıq bildirib.

Xəbər lenti

Xəbər lenti