"Sabah" Çempionlar Liqasında ilk oyununa çıxır

Gündəm Xəbər 10 Sentyabr 2026 09:35 (UTC +04:00)
"Sabah" Çempionlar Liqasında ilk oyununa çıxır
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qarşılaşmasına bu gün çıxacaq.

Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda İngiltərədə turnirin favoritlərindən olan "Mançester Yunayted"lə qarşılaşacaq.

"Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matçın baş hakimi Fransadan olan FIFA referisi Villi Delajo olacaq.

Qeyd edək ki, "Sabah" növbəti oyununu oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" komandasına qarşı keçirəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti