Hacıqabulda sərnişin mikroavtobusu “KamAZ”la toqquşub, ölən var

Hadisə Xəbər 11 Sentyabr 2026 02:15 (UTC +04:00)
Hacıqabulda sərnişin mikroavtobusu “KamAZ”la toqquşub, ölən var
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Hacıqabulda sərnişin mikroavtobusunun iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, sentyabrın 9-u hadisə saat 22:10 radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Vita” markalı sərnişindaşıma mikroavtobusu qarşıda eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində mikroavtobusda olan sərnişin, İmişli rayon sakini, 1979-cu il təvəllüdlü Sayad Abdulla qızı Qasımova aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti