Bakı. Trend:
Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə bir sıra təhsil müəssisələrində təmir işlərinin satın alınması ilə bağlı tender elan edib.
Prosedurda iştirak haqqı 1000 manatdır.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 21 sentyabr 2026-cı il saat 16:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 21 sentyabr saat 16:00-da (GMT+4) baş tutacaq.
Əlavə məlumat üçün telefon: (+994) 12 465 73 48
Əlaqədar şəxs: Şaban Məmmədov
Email: [email protected]
Ünvan: Bakı şəhəri, Y.Bakuvi küçəsi 18
