İsrail ordusu Qəzzada HƏMAS-ın iki hərbi komandirinin zərərsizləşdirib

Dünya xəbərləri Xəbər 11 Sentyabr 2026 22:00 (UTC +04:00)
İsrail ordusu Qəzzada HƏMAS-ın iki hərbi komandirinin zərərsizləşdirib

Bakı. Trend:

İsrail hərbçiləri nöqtəvi zərbələr nəticəsində Qəzza zolağında radikal Fələstin HƏMAS hərəkatının silahlı dəstələrinin iki komandirini zərərsizləşdirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Onlardan biri HƏMAS-ın Xan-Yunis şəhərindəki hərbi qanadının komandiri Məhəmməd Yəzuridir. O, sentyabrın 11-nə keçən gecə endirilən nöqtəvi zərbə nəticəsində öldürülüb. Ordu bildirib ki, onunla birlikdə HƏMAS-ın eyni bölməsindən daha iki radikal da zərərsizləşdirilib.

Digər əməliyyat nəticəsində Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhəri ərazisində Müamən Cabir əs-Səid Əbu Ləbda zərərsizləşdirilib. İsrail hərbçilərinin məlumatına görə, o, Rəfahda HƏMAS-ın snayperlər bölməsinə komandirlik edib.

Xəbər lenti

Xəbər lenti