Bakı. Trend:
Rəqabət sahəsində elmi tədqiqat fəaliyyətinin stimullaşdırılması və onun nəticələrinin tətbiqi imkanları genişləndiriləcək.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"da öz əksini tapıb.
Qeyd edilib ki, 2027‒2029-cu illər ərzində rəqabət sahəsində elmi tədqiqatların təşkili və nəticələrinin tətbiqi üzrə beynəlxalq təcrübə və mövcud ehtiyaclar öyrəniləcək, tədqiqat mərkəzinin təşkilati modeli, fəaliyyət istiqamətləri və yaradılması ilə bağlı layihə hazırlanacaq, tədqiqat mərkəzi təsis ediləcək və fəaliyyətə başlanacaq.
Prosesin əsas icraçı qurumu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir.
Digər içraçı qurumlar isə Elm və Təhsil Nazirliyi və aidiyyəti dövlət orqanlarıdır (qurumları).
