Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir

Siyasət Xəbər 11 Sentyabr 2026 20:19 (UTC +04:00)
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Meksika Azərbaycanla investisiya və ticarət mübadiləsini intensivləşdirmək niyyətindədir.

Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbiri xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero Şuşada Meksika Respublikasının Müstəqillik Günü şərəfinə keçirilən rəsmi qəbulda deyib.

Səfir bildirib ki, Meksika və Azərbaycan dünyanın strateji baxımdan mühüm iki regionunda yerləşən dinamik iqtisadiyyatlardır.

“İqtisadi münasibətlərimiz əhəmiyyətli dərəcədə möhkəmlənib, lakin bu sahədə hələ də böyük potensial və gələcək inkişaf üçün geniş imkanlar mövcuddur. Biz investisiya və ticarət mübadiləsini intensivləşdirmək, həmçinin ölkəmizin ən xarakterik məhsullarından daha çoxunu Azərbaycana gətirməyə davam etmək istəyirik”, – Viktoriya Romero qeyd edib.

Diplomat, həmçinin iki ölkə arasında siyasi dialoqun genişləndiyini və institusional təmasların artdığını vurğulayıb. Onun sözlərinə görə, hər iki tərəf yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə maraq göstərir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti