PSJ-nin müdafiəçisi Premyer Liqa nəhənglərinin hədəfindədir

İdman Xəbər 12 Sentyabr 2026 15:42 (UTC +04:00)
PSJ-nin müdafiəçisi Premyer Liqa nəhənglərinin hədəfindədir
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

PSJ-nin müdafiəçisi Villian Paço karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

Belə ki, "Mançester Siti" və "Arsenal" ekvadorlu futbolçunun xidmətində maraqlıdır.

Hər iki klub qarşıdakı transfer pəncərəsində 24 yaşlı mərkəz müdafiəçisi üçün hərəkətə keçməyi planlaşdırır.

Qeyd edək ki, PSJ Villian Paçonu 2024-cü ilin yayında "Ayntraxt"dan 40 milyon avroya transfer edib. Ekvador millisinin üzvü cari mövsümdə Paris təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti