Bakı.Trend:
2026-2027-ci tədris ilində azad edilmiş ərazilərdə yeni tədris ilində daha 15 təhsil müəssisəsi fəaliyyətə başlayır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, yeni müəssisələr Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocavənd, Zəngilanda fəaliyyətə başlayacaq.
“Ümumilikdə isə ölkə üzrə 2026–2027-ci tədris ilində təqribən 2,2 milyon nəfər təhsil alacaq”,- deyə o əlavə edib.
Xəbər yenilənəcək...
