Səudiyyə Ərəbistanı İsraildən kəşfiyyatla bağlı yardım istəyib

Dünya xəbərləri Xəbər 14 Sentyabr 2026 12:12 (UTC +04:00)
Səudiyyə Ərəbistanı İsraildən kəşfiyyatla bağlı yardım istəyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Səudiyyə Ərəbistanı husilərin Yəməndə sürətlə irəliləməsi fonunda İsraildən kəşfiyyat və digər yardımlar istəyib.

“Israel Hayom” nəşrinin məlumatına görə, vəliəhd Məhəmməd bin Salman ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) vasitəsilə Qüdsə Babül-Məndəb strateji boğazına olan təhlükə ilə bağlı müraciət göndərib.

Ər-Riyad Qırmızı dənizdə gəmiçiliyin tamamilə bloklana biləcəyindən narahatdır. Son günlər İranın dəstəklədiyi husilər Yəmənin qərb sahillərində ciddi uğurlar əldə edərək Qırmızı dənizlə Ədən körfəzi arasındakı mühüm dəniz keçidi olan Babül-Məndəbə çıxıblar.

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi kütləvi dron hücumlarından sonra ölkədə “Şərq-Qərb” neft kəmərinin fəaliyyətinin dayandırıldığını açıqlayıb. Bu neft kəmərinin ötürücülük gücü sutkada 7 milyon barel qiymətləndirilir. Hörmüz boğazının bağlanmasından sonra Səudiyyə Ərəbistanı əsas neft ixracını şərqdən qərbə, Qırmızı dəniz sahilindəki Yanbu limanına çıxan bu neft kəməri vasitəsilə yönləndirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti