Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi istefa verib

Dünya xəbərləri Xəbər 14 Sentyabr 2026 12:37 (UTC +04:00)
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi istefa verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qeka Geladze tutduğu vəzifədən istefa vermək qərarına gəlib.

Gürcüstan KİV-nin məlumatına görə, nazir bu barədə bəyanat verib.

Onun sözlərinə görə, bu qərar siyasi komanda ilə məsləhətləşmələrdən sonra qəbul edilib. Bununla belə, Geladze dövlət qulluğunda fəaliyyətini davam etdirəcək və başqa dövlət qurumuna keçəcək.

“Gürcüstan DTX-nin rəisi vəzifəsini tərk etmək qərarına gəldim. Bu vəzifədə çalışmaq mənim üçün böyük məsuliyyət və ölkəmizə xidmət etmək imkanı idi”, - deyə Geladze bildirib.

O, həmçinin həmkarlarına birgə fəaliyyətə görə təşəkkür edib və yeni vəzifəsində dövlətə xidmətini davam etdirmək niyyətində olduğunu qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti