SEPAH Hörmüzdə ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

Dünya xəbərləri Xəbər 14 Sentyabr 2026 10:15 (UTC +04:00)
SEPAH Hörmüzdə ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazı səmasında ABŞ-yə məxsus bir ədəd Pilotsuz Uçan Aparat vurulub.

Bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

“Az öncə Hörmüz boğazı səmasında SEPAH-ın havadan müdafiə sistemi vasitəsi ilə ABŞ-yə məxsus “MQ1” Pilotsuz Uçan Aparat vurulub”, - deyə məlumatda qeyd olunub.

Məlumatda bildirilir ki, sözügedən PUA SEPAH-ın havadan müdafiə üzrə yeni sistemi ilə izlənilib və məhv edilib.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti