ABŞ Ukraynaya Patriot üçün köhnəlmiş raketlərin istehsalı lisenziyasını verməyi müzakirə edir

Dünya xəbərləri Xəbər 14 Sentyabr 2026 04:43 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Ukraynaya Patriot zenit-raket kompleksləri üçün döyüş sursatlarının köhnəlmiş variantlarının istehsalına dair lisenziyanın Kiyevə verilməsi imkanını müzakirə edir. Bunu ABŞ Prezidenti Donald Tramp İrlandiyadan ABŞ-a uçarkən təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbəti zamanı bildirib.

ABŞ-ın Ukraynaya Patriot üçün döyüş sursatlarının istehsalına dair lisenziya verməsini gözləyib-gözləmədiyi barədə suala cavab verən Tramp “müzakirələr aparılır” deyib. O izah edib ki, söhbət “daha az müasir versiyalar” olan ələkeçirici raketlərdən gedir. “Nə demək istədiyimi başa düşürsünüz? Daha, xeyli az müasir [variantlardan] danışıram”, – deyə ABŞ lideri əlavə edib.

Bununla yanaşı, o, Avropa ölkələrinin Ukraynaya Patriot üçün ələkeçirici raketlərin satışı ilə bağlı planlarını şərh etmək xahişini faktiki olaraq cavabsız qoyub. “Bizim müəyyən silah növləri üzrə böyük ehtiyatlarımız var, bəziləri isə demək olar ki, qeyri-məhdud miqdardadır. Ən yüksək səviyyəli [döyüş sursatlarına] gəlincə, onların böyük hissəsi Ukraynaya verilib, lakin biz bu [ehtiyatları] çox sürətlə bərpa edirik”, – deyə Tramp bildirib.

ABŞ dövlət katibi Marko Rubio sentyabrın əvvəlində bildirib ki, Ukrayna ABŞ lisenziyası alsa belə, Patriot istehsalı üçün müəssisələrin tikintisinə bir neçə il vaxt lazım olacaq. Onun sözlərinə görə, Patriot “son dərəcə mürəkkəb silah sistemidir”, buna görə də lisenziyanın Ukraynaya mümkün verilməsi ölkənin belə sistemlərin çatışmazlığı ilə bağlı qısamüddətli problemini həll etməyəcək. Rubio əlavə edib ki, müvafiq danışıqlar davam edir və gələcəkdə nəticə ilə yekunlaşa bilər.

Xəbər lenti

Xəbər lenti