İran Avstriyaya nota verib

Dünya xəbərləri Xəbər 14 Sentyabr 2026 12:52 (UTC +04:00)
İran Avstriyaya nota verib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Avstriyanın İrandakı səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə (XİN) çağrılaraq etiraz notası verilib.

Bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bu gün (14 sentyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.

“Avstriya hökumətinin ev sahibi ölkə olaraq İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslamiyə ölkəyə daxil olmaq icazəsi verməməsi əsaslandırıla bilməz. Avstriya tərəfi öhdəliklərinə əsasən İranın nümayəndə heyətinə giriş vizası verməli idi. İran bununla əlaqədar Avstriya hökumətinə açıq-aşkar etirazını əks etdirib”, -deyə o qeyd edib.

Bəqai bildirib ki, qarşı tərəflər bir ölkənin ittiham edir, qətnamə qəbul edir. Yanlış hesabatlar hazırlanır və sonra da həmin ölkənin nümayəndələrini özlərini müdafiə etmək üçün iclasda iştirakına icazə verilmir. Bu isə müharibənin təkcə hərbi müharibə deyil, diplomatik, hüquq sahəsində də olduğunu göstərir.

“İran bütün vasitələrdən istifadə edərək belə bir hədəfin reallaşmamasına çalışır. Avstriya hökumətinin ABŞ-nin müraciəti və yaxud təzyiqi ilə bu işi etməsi ev sahibi ölkənin məsuliyyətini aradan qaldırmır. Beynəlxalq təşkilatlar və yaxud iclaslara ev sahibliyi edən hər bir dövlət daha çox öz mövqeyi və imicini nəzərə almalıdır”, -deyə o qeyd edib.

Qeyd edək ki, İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslaminin Avstriya paytaxtı Vyanada keçirilən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş konfransının 70-ci sessiyasında iştirak etməsi ilə əlaqədar ölkəyə girişinə icazə verilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti