Bakı. Trend:
2029-cu il PISA nəticələri ilə bağlı hədəflərimiz var. Ən zəif nöqtələri gücləndirməliyik
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.
E. Əmrullayev qeyd edib ki, ardıcıl və davamlı şəkildə yaxşılaşma apardıqda, 2029-cu il PISA nəticəsində yenidən sıçrayış görə bilərik.
“PISA ilə bağlı gözləntim ondan ibarətdir ki, artıq Bakı nəticələrini qırağa qoyacağıq. Azərbaycana baxılacaq. Düşünürəm ki, növbəti PISA nəticələri də yaxşı olacaq.
Oxu ilə bağlı nəticələrimizi düzəltməyə çalışmalıyıq. Növbəti nəticəyə qədər bunu düzəldə bilərik”.
Nazir əlavə edib ki, kiçik məktəblərdə daha çox vəsait xərclənir, amma PISA nəticəsi aşağıdır.
“Ona görə o məktəbləri bağlayırıq ki, vəsait çox gedir, nəticə aşağıdır. Biz adambaşı vəsait xərclənməsinə keçmək istəyirik”, - deyə nazir bildirib.
