Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanın enerji obyektlərinə zərbələr endirməmək barədə razılığa gəldiyini bildirib.
O, bu barədə "Truth Social" sosial şəbəkə platformasında paylaşımında qeyd edib:
“Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb. Rusiya da eyni addımı atmağa razılaşıb! Dünyada dizelin qiymətinin artmasına əsasən İran deyil, Rusiya-Ukrayna müharibəsi səbəb olur", - deyə o paylaşımında qeyd edib.
Rusiya və Ukrayna hələlik Trampın açıqlamasını şərh etməyib.
Qeyd edək ki, ABŞ lideri bundan əvvəl Ukraynanı dizel yanacağı istehsalı ilə məşğul olan Rusiya müəssisələrinə zərbələri dayandırmağa çağırıb. Trampın çağırışını şərh edən Kreml təşəbbüsü alqışladığını bildirib. Bununla yanaşı, Moskva öz növbəsində Kiyev Rusiyanın neft emalı zavodlarına zərbələri dayandıracağı təqdirdə Ukraynanın iqtisadi infrastruktur obyektlərinə zərbələri dayandıracağına söz verməyib.
