Suriyada etirazlar baş qaldırıb

Dünya xəbərləri Xəbər 15 Sentyabr 2026 12:06 (UTC +04:00)
Suriyada etirazlar baş qaldırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Suriyanın müxtəlif bölgələrində dizel yanacağının qiymətinin kəskin artırılmasından sonra etirazlar davam edir.

Bu barədə "The National" nəşri yazır.

Məlumata görə, sakinlər şinləri yandırır, əsas yolları bağlayır və neft emalı zavodlarına gedən yanacaqdaşıyan maşınların qarşısını kəsirlər.

Ötən həftəsonu Suriya hakimiyyəti dizel yanacağının qiymətini 40 faiz artıraraq litri 175 Suriya funtuna (1,32 dollar) çatdırıb. Bundan sonra ölkənin bir neçə bölgəsində etiraz aksiyaları başlayıb.

Etirazçılar, xüsusilə Dəməşqlə sənaye mərkəzi Hələb şəhərini birləşdirən magistralı bağlayıb, həmçinin ölkənin mərkəzi hissəsində yerləşən neft emalı zavodlarına xam neft daşıyan sisternlərdən ibarət karvanların hərəkətini dayandırıblar.

Onlar yanacağın əvvəlki qiymətinin bərpa olunmasını tələb edirlər. Bəzi nümayişçilər energetika və iqtisadiyyat nazirlərinin, həmçinin Suriya Neft Şirkətinin rəhbərinin istefaya göndərilməsini tələb edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti