Dünyadakı təhdidlər fonunda türk dövlətlərinin birlikdə addımlar atması zərurudir - Burhanettin Duran

Siyasət Xəbər 15 Sentyabr 2026 11:25 (UTC +04:00)
Dünyadakı təhdidlər fonunda türk dövlətlərinin birlikdə addımlar atması zərurudir - Burhanettin Duran
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda dünyada bir çox təhdidlər mövcuddur və bu konteksdə türk dövlətlərinin birlikdə addımlar atması zərurudir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbəri Burhanettin Duran “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı panel iclasına videomüraciəti zamanı deyib.

O qeyd edib ki, türk dünyasının gələcəyi bir-birimizə bağlı köklü keçmişimizdən və sabaha baxışımızdan asılıdır.

“Dezinformasiya və digər təhdid səpkili məsələlərlə mübarizə baxımından media və kommunikasiya sahəsində türk dövlətləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi mühimdir. Biz regional və beynəlxalq münaqişələrdə faydalı olmağa, o problemləri çözməyə çalışmaqda davam edəcəyik”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı panel iclası keçirilir.

İclasda Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin və Azərbaycan rəsmiləri, Milli Məclisin deputatları, hər iki ölkədən ekspertlər, media nümayəndələri iştirak edirlər.

Panel iclasında Türk dünyasında əməkdaşlığın inkişafı, ortaq dəyərlər və ortaq gələcək vizyonunun formalaşdırılması, informasiya və kommunikasiya sahəsində qarşılıqlı fəaliyyət, eləcə də qlobal çağırışlar fonunda Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti