Qiymətli kağızlara həbs qoyulması ilə bağlı yeni qaydalar qəbul ediləcək

Cəmiyyət Sənəd 15 Sentyabr 2026 14:05 (UTC +04:00)
Qiymətli kağızlara həbs qoyulması ilə bağlı yeni qaydalar qəbul ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İcra məmuru borclunun özündə aşkar edilən qiymətli kağızı dərhal götürərək onun üzərinə həbs qoyulması barədə qərar qəbul edəcək.

Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, icra məmuru borclunun özündə aşkar edilən sənədli qiymətli kağızı dərhal götürərək həmin qiymətli kağızın götürüldüyü gündən gec olmayaraq üzərinə həbs qoyulması barədə qərar qəbul edəcək və bu qərarın surətini mərkəzi depozitara, qiymətli kağızın emitentinə və qiymətli kağızı verən şəxsə göndərəcək.

İcra məmuru borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağızın, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağızın olması barədə mərkəzi depozitardan rəsmi məlumat aldıqda həmin məlumatın alındığı gündən gec olmayaraq onun üzərinə həbs qoyulması barədə qərar qəbul edəcək və bu qərarın surətini mərkəzi depozitara, qiymətli kağızın emitentinə və qiymətli kağızı verən şəxsə göndərəcək.

Borclunun mülkiyyətində olan qiymətli kağızın üzərinə həbs qoyulması həmin qiymətli kağıza sərəncam hüququnu və həmin qiymətli kağız üzrə ödənişlərin qəbulunu icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə məhdudlaşdıracaq.

Yönəldilən tələb miqdarında və həcmində bölgüsü mümkün olmayan qiymətli kağızlar üzrə sərəncam hüququna, tələbin miqdarı və həcmindən asılı olmayaraq bütövlükdə həbs qoyulacaq.

Borclunun qiymətli kağızlarına dair məlumatların sorğulanması, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər “Elektron icra” informasiya sistemi vasitəsilə təşkil ediləcək.

Qiymətli kağıza tələb yönəldilərkən qiymətli kağız əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətə, belə qiymət mövcud olmadıqda isə nominal dəyəri ilə tələbkara təklif olunacaq. Tələbkar həmin təklifin qəbulu ilə bağlı iradə ifadəsini 7 iş günü müddətində bildirməli və bu hal tələbkar və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməlidir.

Qiymətli kağızın tələbkarın mülkiyyətinə keçirilməsi ilə əlaqədar icra məmuru 1 iş günü müddətində müvafiq olaraq mərkəzi depozitara, ödəyiciyə və ya investisiya şirkətinə müraciət edəcək. Tələbkarın depo hesabı olmadığı halda tələbkar sənədsiz qiymətli kağıza, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza tələbin yönəldilməsinə qədər depo hesabı açılması üçün mərkəzi depozitarın üzvünə (investisiya şirkətlərinə və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklara) müraciət etməlidir.

Əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymət, belə qiymət mövcud olmadıqda isə nominal dəyər tələbkarın tələbindən artıq olduqda, tələbkar aradakı fərqi ödəyəcək və həmin artıq olan vəsait borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi qaydasına uyğun olaraq bölüşdürüləcək və bütün tələblər təmin olunduqdan sonra qalan pul məbləği borcluya qaytarılacaq.

Qiymətli kağızın verilməsi (depo hesabına köçürülməsi) təklifi tələbkar tərəfindən qəbul edilmədikdə qiymətli kağıza tələbin yönəldilməsi qiymətli kağızın tənzimlənən bazarda satılması yolu ilə həyata keçiriləcək. Qiymətli kağızların tənzimlənən bazarda satışı Mülki Məcəlləyə və “Qiymətli kağızlar bazarı haqqında" Qanun uyğun həyata keçiriləcək. Bu halda icra məmuru sifarişçi qismində çıxış edərək Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətinə qiymətli kağızların tənzimlənən bazarda satışını həvalə edəcək. Qiymətli kağızların tənzimlənən bazarda satışı zamanı qiymətli kağız satışdan əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətə, belə qiymət mövcud olmadıqda isə nominal dəyəri ilə təklif olunacaq.

Qiymətli kağızın satışından daxil olan vəsait icra xidmətinin depozit hesabına köçürüləcək.

Qiymətli tənzimlənən bazarda iki kağız ay müddətində satışdan əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətə, belə qiymət mövcud olmadıqda isə nominal dəyəri ilə satılmadıqda bu barədə icra məmuruna məlumat veriləcək və həmin qiymətli kağız yenidən tələbkara nominal dəyəri ilə təklif olunacaq. Həmin təklif tələbkar tərəfindən qəbul edilmədikdə sənədli qiymətli kağız 3 iş günü müddətində borcluya qaytarılacaq, sənədsiz qiymətli kağızın borclunun depo hesabına qaytarılması üçün 1 iş günü müddətində mərkəzi depozitara bildiriş göndəriləcək.

Ödəniş vaxtı çatmış və üzərinə həbs qoyulmuş qiymətli kağızlar üzrə borcluya ödənilməsi nəzərdə tutulan vəsait icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə ödəyici tərəfindən icra xidmətinin depozit hesabına ödəniləcək.

Bu tələblər daşınmaz əmlak üzərində ipoteka hüququnu təmin eden ipoteka kağızına şamil olunmayacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti