Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb

Hadisə Xəbər 15 Sentyabr 2026 13:19 (UTC +04:00)
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Astarada 74 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.

Trend-in məlumatına görə, hadisə sentyabrın 14-də rayonun Miki kəndində qeydə alınıb.

1952-ci il təvəllüdlü Abid Qüdrət oğlu Şəfəqqətov yaşadığı fərdi yaşayış evinin damında odun sobasının borusunu təmizləyərkən hündürlükdən yıxılıb. O, aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti