Fransada balıqçılar neft bazasının girişini bağlayıb

Dünya xəbərləri Xəbər 15 Sentyabr 2026 12:02 (UTC +04:00)
Fransada balıqçılar neft bazasının girişini bağlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransanın cənub bölgəsində yerləşən Fos-Sür-Mer kommunasında onlarla balıqçı o cümlədən balıqçılıq sənayesində çalışan digər insanlar yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq Buş-dü-Ron departamentindəki neft bazasının girişini bağlayıb.

Bu barədə “Cnews” telekanalı məlumat yayıb.

Etiraz aksiyası çərşənbə axşamına keçən gecə başlayıb. Balıqçılar yola yandırılmış taxta paletlər düzərək neft bazasına gedən yolu bağlayıblar. Nəticədə 50 yanacaqdaşıyan avtomobil ərazidə çıxılmaz vəziyyətdə qalıb.

Telekanalın məlumatına görə, aksiya insidentsiz keçir və etirazçılar dəniz və balıqçılıq məsələləri üzrə nümayəndə nazir Katrin Şabonu ilə görüşə ümid edirlər.

Xatırladaq ki, İran münaqişəsi başlayandan sonra Fransada yanacağın orta qiyməti kəskin artıb. Avtomobillər üçün dizelin qiyməti litri təxminən 1,7 avrodan 2,3 avroya, SP95-E10 benzininin qiyməti isə 1,7 avrodan 2,1 avroya yüksəlib. Balıqçı gəmiləri üçün dizelin qiyməti münaqişədən əvvəl litri təxminən 60 sent təşkil edirdisə, hazırda, Provans - Alp - Kot-dazur regional balıqçılıq birliyinin nümayəndəsi Kristin Ponşarronun sözlərinə görə, 1,2 avroya çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti