Hörmüz boğazında təhlükəsiz və fasiləsiz keçidlər təmin edilməlidir - Türkiyə XİN

Siyasət Xəbər 15 Sentyabr 2026 14:45 (UTC +04:00)
Hörmüz boğazında təhlükəsiz və fasiləsiz keçidlər təmin edilməlidir - Türkiyə XİN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazında təhlükəsiz, fasiləsiz və sərbəst keçidlər təmin edilməli, müharibədən əvvəlki status-kvoya mümkün qədər tez qayıdılmalıdır.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.

H.Fidan bildirib ki, İranın təhlükəsizliyi, sabitliyi və rifahı regiona birbaşa təsir göstərir.

“Bu baxımdan mövcud münaqişənin mümkün qədər tez diplomatik yollarla həll edilməsini istəyirik”, - deyə nazir bildirib.

O qeyd edib ki, son dövrdə qarşılıqlı hücumların artması sülh səylərinə ciddi zərbə vurur.

“Bölgədə gərginliyi artıran bu əməllərə dərhal son qoyulmalıdır”, - deyə H.Fidan vurğulayıb.

Nazirin sözlərinə görə, eyni zamanda Hörmüz boğazında təhlükəsiz, fasiləsiz və sərbəst keçidlərə icazə verilməli, müharibədən əvvəlki status-kvoya mümkün qədər tez qayıdılmalıdır.

H.Fidan bildirib ki, böhranın həlli, regionda sülh və təhlükəsizliyin təmin olunması məqsədilə bütün aidiyyəti tərəflərlə fasiləsiz təmaslar davam etdirilir.

“Böhranın həlli və bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün aidiyyəti bütün tərəflərlə təmaslarımızı fasiləsiz davam etdiririk”, - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti