Bakı və İstanbul regional məsələləri müzakirə edib

Siyasət Xəbər 15 Sentyabr 2026 14:39 (UTC +04:00)
Bakı və İstanbul regional məsələləri müzakirə edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasında Cənubi Qafqazdakı vəziyyətlə bağlı koordinasiyasının və fəaliyyətinin bundan sonra da davam etdirilməsi ilə bağlı qarşılıqlı anlaşma mövcuddur.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, görüş zamanı Cənubi Qafqazda son vəziyyət, ötən il keçirilən Vaşinqton sammitindən sonra bir ildən artıq müddət ərzində baş vermiş müsbət dəyişikliklər barədə də fikir mübadiləsi aparılıb.

“Bir daha fürsətdən istifadə edərək dəyərli həmkarıma mən Cənubi Qafqazda olan son vəziyyət, ötən ilin Vaşinqton sammitindən sonra bir ildən artıq müddət ərzində baş vermiş müsbət dəyişikliklər barədə və təbii ki, bu prosesində Azərbaycan və Türkiyə olaraq ümumilikdə əlaqələndirmiş şəkildə uzunmüddətli bölgəmizdə sülh, əmin-amanlıq və rifaha xidmət etməsi üçün tələb olunan növbəti atılacaq addımlar barədə də biz bugün fikir mübadiləsi apardıq”, - deyə nazir vurğulayıb.

C.Bayramov bildirib ki, Azərbaycan və Türkiyənin bu istiqamətdə koordinasiyasının və fəaliyyətinin bundan sonra da davam etdirilməsi ilə bağlı qarşılıqlı anlaşma mövcuddur.

“Bu koordinasiya işinin və fəaliyyətinin bundan sonra da davam etməsi barədə təbii ki, qarşılıqlı anlaşmamız mövcuddur”, - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti