Bakı. Trend:
Azərbaycan və Türkiyə prezidentlər tərəfindən müəyyən edilmiş 15 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsi hədəfinə ən qısa zamanda çatmaq üçün bütün qurumların, peşə təşkilatlarının və ticarət palatalarının səylə çalışır.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.
H.Fidan bildirib ki, enerji, nəqliyyat və bağlantılılıq sahələrində əməkdaşlıq Azərbaycan-Türkiyə münasibətlərinin digər strateji istiqamətini təşkil edir.
“Bu mövzuda çoxsaylı layihələr həyata keçirilir. Əsaslarını artıq bilirsiniz. İctimaiyyət bu barədə daim məlumatlandırılır”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin ən mühüm komponentlərindən biri kimi qiymətləndirilir və onun səmərəli şəkildə istifadəsi arzuolunandır.
“Bakı-Tbilisi-Qars dəmir yolunu Orta Dəhlizin ən mühüm komponenti kimi görürük və onun səmərəli şəkildə istifadə edilməsini də arzu edirik”, - deyə H.Fidan vurğulayıb.
O qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilməsi müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün güclü zəmin yaradıb.
“Silahlı qüvvələrimiz arasında keçirilən birgə təlimlər, təhsil və təcrübə mübadiləsi fəaliyyətləri, müdafiə sənayesi qurumlarımız arasında getdikcə dərinləşən əməkdaşlıq bu tərəfdaşlığın sahədəki konkret əks-sədalarıdır”, - deyə nazir bildirib.
H.Fidan əlavə edib ki, qarşıdakı dövrdə də bu sahələrdə işləri qarşılıqlı ehtiyaclar və imkanlar doğrultusunda inkişaf etdirməkdə qərarlıdırlar.
“İnşallah, qarşıdakı dövrdə də bu sahələrdəki fəaliyyətimizi qarşılıqlı ehtiyaclar və imkanlarımız doğrultusunda irəlilətməkdə qərarlıyıq”, - deyə o vurğulayıb.
