"Masdar" və "SOCAR Green" Günəş Elektrik Stansiyası layihəsi üzrə maliyyə bağlanışını təsdiqləyib

Yaşıl iqtisadiyyat Xəbər 15 Sentyabr 2026 16:09 (UTC +04:00)
"Masdar" və "SOCAR Green" Günəş Elektrik Stansiyası layihəsi üzrə maliyyə bağlanışını təsdiqləyib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti və "SOCAR Green" Azərbaycanın Neftçala rayonunda 315 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsi üzrə maliyyə bağlanışını təsdiqləyib.

Layihənin detalları barədə "Masdar" şirkəti məlumat verib.

"Masdar" və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tam mülkiyyətində olan törəmə şirkəti "SOCAR Green" layihəni Azərbaycan Energetika Nazirliyi ilə birgə həyata keçirir.

“Layihənin maliyyələşdirilməsini Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Asiya İnkişaf Bankı (AİB) təmin edir”, - şirkətdən bildirilib.

“315 MVt gücündə Neftçala Günəş Fotoelektrik Elektrik Stansiyası layihəsinin maliyyə bağlanmasının təsdiqi” sənəd Energetika Nazirliyi, SOCAR və "Masdar" arasında imzalanıb.

“Azərbaycanın Neftçala rayonunda yerləşən layihənin hər il bərpaolunan mənbələrdən 686 milyon kVt·st-dan çox elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu həcm təxminən 140 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə kifayət edir. Eyni zamanda, illik karbon emissiyalarının təxminən 280 min ton azaldılması gözlənilir”, - "Masdar" şirkətindən bildirilib.

Xatırladaq ki, 315 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə investisiya sazişi 2023-cü ilin oktyabrında bağlanıb. Bundan sonra elektrik enerjisinin alışı, şəbəkəyə qoşulma və torpaq sahəsinin icarəsi üzrə sazişlər imzalanıb.

"Masdar" 2024-cü ilin iyununda Neftçalada günəş elektrik stansiyasının təməlini qoyub.

Neftçala layihəsindən əlavə, "Masdar" SOCAR Green ilə birgə daha iki layihə - Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyası və 240 MVt gücündə Abşeron-Qaradağ quruda külək elektrik stansiyası layihələrini həyata keçirir. Beləliklə, "Masdar"ın Azərbaycandakı layihələrinin ümumi gücü 1,2 QVt-dan çox olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti