Orta Dəhliz üzrə yükdaşıma tariflərinin optimallaşdırılması müzakirə edilib

İqtisadiyyat Xəbər 15 Sentyabr 2026 15:26 (UTC +04:00)
Orta Dəhliz üzrə yükdaşıma tariflərinin optimallaşdırılması müzakirə edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz üzrə yükdaşıma tariflərinin optimallaşdırılması müzakirə edilib.

“Azərbaycan Dəmir Yolları” 9ADY) QSC-dən verilən məlumata görə, Sofiyada Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə İşçi Qrupunun iclası keçirilib.

İclas 14–15 sentyabr tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində baş tutub.

İşçi Qrupunun rəhbəri, ADY sədrinin müavini Nicat Quliyevin iştirak etdiyi iclasda Orta Dəhlizin cəlbediciliyinin artırılması və yük axınları üçün əlverişli şəraitin yaradılması məqsədilə konteyner daşımalarının və yükdaşıma tariflərinin optimallaşdırılması məsələləri müzakirə olunub.

Müzakirələrin yekununda dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, yükdaşımaların səmərəliliyinin artırılması, həmçinin regionda ticarət və logistikanın inkişaf etdirilməsini nəzərdə tutan protokol imzalanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti