Sosial təşəbbüs çərçivəsində 60-dan çox şagirdə yeni dərs ili üçün hədiyyələr təqdim edilib.
Yeni tədris ili ərəfəsində “Azercell Könüllüləri” növbəti sosial təşəbbüsünü həyata keçirib. Layihə çərçivəsində 60-dan çox məktəbliyə yeni dərs ilinə hazırlıq üçün zəruri məktəb ləvazimatları və hədiyyələr təqdim olunub.
Hədiyyələr hər bir şagirdin fərdi ehtiyacları nəzərə alınaraq seçilib. Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarını da əhatə edən təşəbbüs çərçivəsində könüllülər şəhid və qazi ailələrinin, eləcə də aztəminatlı ailələrin məktəbli övladlarını ziyarət edərək yeni dərs ili sevincini onlarla bölüşüblər.
Məktəblilərin siyahısı yerli icra hakimiyyəti orqanları və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin əvvəlki layihələr çərçivəsində təqdim etdiyi məlumatlar əsasında hazırlanıb.
Qeyd edək ki, “Azercell Könüllüləri” 2001-ci ildən fəaliyyət
göstərir. Könüllülər təhsil, sosial rifah və icma inkişafı
istiqamətlərində müxtəlif təşəbbüslər həyata keçirir, həssas sosial
qruplara dəstək göstərir, uşaqların və gənclərin inkişafına
yönəlmiş layihələrdə fəal iştirak edirlər.