Azərbaycan 8 ay ərzində 5,7 milyard ABŞ dolları dəyərində qaz ixrac edib

İqtisadiyyat Xəbər 15 Sentyabr 2026 17:23 (UTC +04:00)
Azərbaycan 8 ay ərzində 5,7 milyard ABŞ dolları dəyərində qaz ixrac edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 5,711 milyard ABŞ dolları dəyərində 16,378 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edib.

Bu barədə Trend Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən xəbər verir.

Komitənin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 286 milyon ABŞ dolları və ya 4,8 faiz, həcm ifadəsində isə 75 milyon kubmetr və ya 0,5 faiz azdır.

Qeyd edək ki, komitənin məlumatına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib.

Vurğulanır ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 120 milyon ABŞ dolları və ya 3,49 faiz artıb.

Qeyd olunur ki, xarici ticarət dövriyyəsinin ümumi həcminin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb. Komitənin məlumatları əsasındaTrend-in apardığı hesablamalara görə, beləliklə, son bir ildə ixrac 4 milyard 750 milyon dollar və ya 27,83 faiz artıb, idxal isə 3 milyard 630 milyon dollar və ya 24,11 faiz azalıb.

Nəticədə Azərbaycanın xarici ticarət balansında 10 milyard 392 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyard 379 milyon dollar və ya 5,2 dəfə artıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti