Xaçmazın Ləcət kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Xəbər 15 Sentyabr 2026 17:26 (UTC +04:00)
Xaçmazın Ləcət kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayon prokuroru Rəşad Məmmədovun, aidiyyəti idarə, təşkilat və müəssisələrin rəhbərlərinin iştirakı ilə Ləcət kəndində növbəti səyyar qəbul keçirib.

Qəbulda Ləcət İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Ləcət, Moruqoba və Tağaroba kəndlərinin sakinlərinin müraciət və təklifləri dinlənilib.

Görüş zamanı sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bir sıra problemlərin operativ şəkildə həll edilməsinə görə təşəkkürlərini bildiriblər. Eyni zamanda, su təchizatının yaxşılaşdırılması, yolların təmiri, tibb məntəqəsinə qaz xəttinin çəkilməsi, məktəbin qarşısında işıqforun və sürət həddinə nəzarət məqsədilə radarın quraşdırılması ilə bağlı müraciətlər ünvanlanıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciət yerindəcə həll edilib.

Xəbər lenti

Xəbər lenti