Bakı. Trend:
Beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətinin silahlı qüvvələri bir neçə cəbhədə husilərin mövqelərinə hücumları gücləndirib.
EFE agentliyinin məlumatına görə, Marib və Taiz əyalətlərində husilərin nəzarətində olan ərazilər atəşə tutulub. Həmçinin Mocha və Dubab şəhərləri yaxınlığındakı təchizat yolları hədəfə alınıb.
Yəmən ordusu ölkənin qərb sahili boyunca da zərbələri davam etdirir.
Qeyd olunur ki, ötən həftə husilər hökumət qüvvələrinə qarşı hücuma keçərək Qırmızı dəniz sahilində və Bab əl-Məndəb boğazına bitişik ərazilərdə mövqelərini genişləndiriblər.
“Politico”nun məlumatına görə, Səudiyyə Ərəbistanı husilərə qarşı mübarizədə ABŞ-dən yardım istəyib.