Sabunçuda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə Xəbər 16 Sentyabr 2026 09:42 (UTC +04:00)
Sabunçuda avtomobil piyadanı vuraraq öldürüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə sentyabrın 15-də qeydə alınıb.

Belə ki, Asəf Cəlilov idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada Miryaqub Sadıqovu vurub.

Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti