Yasamalda istifadə edilməyən evdə kişi meyiti tapılıb

Hadisə Xəbər 16 Sentyabr 2026 09:55 (UTC +04:00)
Yasamalda istifadə edilməyən evdə kişi meyiti tapılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Yasamal rayonunda yaşayış üçün istifadə edilməyən fərdi evdə kişi meyiti aşkar edilib.

Trend-in məlumatına görə, hadisə sentyabrın 13-də saat 16 radələrində S.Rəhimov küçəsi 43 ünvanında qeydə alınıb.

Mülkiyyətçiləri tərəfindən satılaraq boşaldılmış və yaşayış üçün istifadə edilməyən fərdi yaşayış evində Eyvaz Yusif oğlu Ağayevin üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti